Ümumi müddəalar və Şərtlər

Ümumi müddəalar və Şərtlər

Şirkət 

İnternet səhifə və "biz", "bizi", "bizim", "airtickets®" terminləri ƏDV nömrəsi 998413602, baş qərargahı Afina şəhəri, Karagiorgi Servias Str. 4, 10562 Syntagma ünvanında yerləşən, Afina Birinci İnstansiya Məhkəməsi tərəfindən 1766-4933/2007 nömrəsi altında qeydiyyatdan keçmiş, Ümumi Elektron Maliyyə Reyesterində (G.E.Mİ) 007962501000 nömrəsi ilə qeydiyyata alınan "AİRTİCKETS TOURİST SERVİCES S.A." şirkətinə istinad edilir və şirkət BHNA tərəfindən təsdiq olunmuşdur.     "Siz" termini bizim internet səhifəmizə daxil olan və/və ya sifariş icra edən, eləcə də internet səhifəmizdən istifadə olunması və ya yüklənməsi mümkün olan digər xidmətlərdən yararlanan sifarişçiyə istinad edilir.

Ümumi Məlumat 

Bu internet səhifədən və airtickets® tərəfindən təqdim olunan xidmətlərdən istifadə bütün onlayn sifarişlərə tətbiq olunan Ümumi Müddəa və Şərtlərə tabe tutulur. airtickets® hər bir səyahət xidməti təminatçısı tərəfindən təqdim olunan xidmətlər üzrə agent olaraq fəaliyyət göstərir. Hər bir təchizatçı öz məhsulları və xidmətlərini idarə edəcək müddəa və şərtlərə malikdir. Bizimlə hər hansı əməliyyatı tamamlamazdan öncə tərəfimizdən təqdim olunan ümumi müddəa və şərtlər, eləcə də müvafiq təchizatçı tərəfindən təqdim olunan müddəa və şərtlər ilə tanış olmağınız xahiş olunur. airtickets® tərəfindən təqdim olunan uçuş biletini və ya hər hansı digər xidməti sifariş etməniz və ya almanız airtickets® tərəfindən təqdim olunan Ümumi Müddəa və Şərtlər ilə razılaşdığınız və qəbul etdiyiniz anlamına gəlir. İnternet səhifənin hər hansı ümumi müddəa və ya şərtini pozduğunuz halda airtickets® sizin sifarişlərinizi ləğv etmək səlahiyyətinə malikdir.

Sifariş

Prosedurları İnternet səhifəmiz vasitəsilə sifariş formasının müvafiq xanalarını tamamladıqdan sonra siz sifariş etdiyiniz təchizatçı və ya digər səyahət agentlikləri tərəfindən təqdim olunan səyahət xidmətləri üzrə broker olaraq fəaliyyət göstərməsi üçün airtickets®-ə aşkar səlahiyyət verirsiniz. Çağrı mərkəzimiz və ya ofislərimizdə həyata keçirilən sifarişlərə şamil olunmur. İnternet səhifəmizdə uçuş bileti və ya hər hansı digər səyahət xidmətini sifariş etdiyiniz və ya satın aldığınız halda sizə sifariş və ya satınalmanı təsdiq edən e-poçt göndəriləcək. Siz təsdiq məlumatının dəqiqliyini yoxlamaq və qeydiyyat sifarişində hər  hansı uyğunsuzluq və ya nöqsan olduğu təqdirdə həmin təqvim günü ərzində dərhal airtickets®-ə məlumat verməlisiniz. Hər hansı nöqsan və ya uyğunsuzluq ilə bağlı airtickets®-ə gec məlumat verildiyi halda airtickets® heç bir məsuliyyət daşımır və siz müqavilədən geri çəkilmək hüququna malik deyilsiniz.

Elektron uçuş biletləri (e-biletlər)

Sizə elektron bilet (e-bilet) formasında e-poçt vasitəsilə göndəriləcək. Sizin sifarişiniz və bilet haqqında məlumatlar dərhal müvafiq hava yolu şirkətinin sisteminə ötürüləcək. Bileti təqdim etdikdən sonra sizə e-biletin nömrəsini göstərən ikinci e-poçt göndəriləcək, hava limanında qeydiyyat zamanı istifadə etmək üçün bu e-poçtu çap etməyiniz tövsiyə olunur. E-biletin nömrəsi birinci e-poçt vasitəsilə göndərildiyi halda siz əlavə təsdiq məlumatı əldə etməyəcəksiniz. Sifariş sistemində adınız şəxsiyyət vəsiqəsi və səyahət zamanı istifadə edəcəyiniz identifikasiya sənədləri ilə uyğunluq təşkil etməlidir.

Qiymət

airtickets® qiymətlər, sifariş xərcləri və səyahət xidməti təchizatçısı tərəfindən səyahət turunun ləğv edilməsi ilə bağlı heç bir məsuliyyət daşımır. Vasitəçi qismində airtickets®-ə ödənilən məbləğ təqdim olunan xidmətlərin ümumi qiymətinə daxil edilmişdir.

Ödəniş

İnternet səhifəmiz vasitəsilə icra olunan uçuş biletlərinin sifarişi üçün ödəniş kredit kartı, eləcə də bank depoziti və ya elektron köçürmə yolu ilə həyata keçirilə bilər. airtickets® ödənişdən öncə sizə uçuş biletləri və ya hər hansı səyahət sənədlərinin göndərilməsi ilə bağlı məsuliyyət daşımır. airtickets® bileti təqdim etməzdən öncə sizdən yaşayış ünvanınız, kredit kartınızın və ya bank depozit hesabının nüsxəsi daxil olan hər hansı təsdiqləyici sənədlərin təqdim edilməsini tələb edə bilər.
Kredit Kart ilə əməliyyatlar 3D Təhlükəsizlik İdentifikasiyası prosedurundan keçmədiyi halda airtickets S.A kart sahibinin emitent bankına əməliyyatın təsdiq olunması ilə müraciət etmək hüququna malikdir. Təhlükəsizlik səbəbləri ilə bağlı mənfi/heç bir cavab əldə edilmədiyi halda əməliyyat ləğv oluna bilər və məbləğ müştəri üzərinə heç bir məsuliyyət qoyulmadan tam şəkildə geri qaytarılır. Yuxarıda qeyd olunan proses müştəri ilə sifariş zamanı qeyd etdiyi e-poçt və sms vasitəsilə əlaqə saxlanılır.

Səyahət Sənədləri

airtickets® sizin səyahət sənədləriniz (pasport, visa və s.) ilə bağlı heç bir məsuliyyət daşımır. Sifariş etdiyiniz səyahət xidmətindən istifadə etmək üçün zəruri sənədlərin təmin edilməsi ilə bağlı yalnız siz öhdəlik daşıyırsınız.

Ləğvetmə - Dəyişikliklər

Uçuş biletinin, səyahət turunun və ya hər hansı digər səyahət xidmətinin dəyişdirilməsi və ya ləğv edilməsi hər bir təchizatçı tərəfindən idarə olunan müddəa və şərtlərə tabe tutulur və bu iş üzrə airtickets® heç bir səlahiyyətə malik deyil. Dəyişikliklər, ləğvetmələr və biletlərin və ya xidmətlərin geri qaytarılması hər zaman mümkün olmaya bilər. Bilet və ya səyahət xidməti dəyişdirildikdə və ya ləğv olunduqda xərclər yarana bilər, bu isə səyahət xidməti təchizatçısı tərəfindən müəyyən olunur. Bu səbəbdən, bütün biletlər və səyahət xidmətləri səyahət xidməti təchizatçısı tərəfindən müəyyən edilən satınalma qaydaları və hər hansı mümkün dəyişikliklər ilə bağlı məhdudiyyətlər, mümkün geri ödəniş müddəalarına tabe tutulur. Hər hansı onlayn sifariş etməzdən və tamamlamazdan öncə bu qaydalar ilə tanış olmaq və qəbul etməyiniz məcburidir. Təchizatçı sizə uçuş biletinin və ya xidmətlərin dəyişdirilməsi və ya ləğv edilməsi hüququnu təmin etdiyi halda siz öz sifarişinizi dəyişdirmək və ya ləğv etmək istəyiniz haqqında airtickets®-ə yazılı şəkildə məlumat verməlisiniz, əks halda airtickets® sizin sifarişinizi dəyişə və ya ləğv edə bilməz. Təchizatçı tərəfindən hər hansı xidmət ilə bağlı qısamüddətli dəyişikliklər və ya ləğvetmələr həyata keçirildiyi halda airtickets® müvafiq təchizatçıdan vaxtında məlumat aldığı təqdirdə sizinlə telefon və ya e-poçt vasitəsilə əlaqə saxlayaraq məlumat verməyə çalışacaqdır. airtickets® təchizatçının uçuşları və ya hər hansı səyahət xidmətləri və məhsullarının köçürülməsi, gecikməsi və ya ləğv olunması ilə bağlı heç bir məsuliyyət daşımır. Geri qayıdış bileti və ya müxtəlif məntəqələrə uçuş bileti əldə etmisinizsə və biletinizin bir hissəsini geri qaytarmaq istəyirsinizsə, ilk növbədə  airtickets® ilə əlaqə saxlamalısınız, belə ki, bu cür hallar üzrə hər bir təchizatçı müxtəlif prosedurlara malik olduğundan biz sizə mümkün hallar barədə məlumat təqdim edəcəyik. Bu o deməkdir ki, biletinizin bir hissəsindən istifadə ilə bağlı təchizatçı (Hava yolu Şirkəti) tərəfindən qeyri-istifadəçi olaraq müəyyən olunduğunuz halda, biletinizin digər hissəsinin də ləğv edilməsi mümkündür. Vəziyyətdən asılı olaraq biletin digər hissəsinin əlavə ödənişlər ilə istifadəsi mümkündür. Təqdim olunmayan uçuş biletini dəyişdirmək və ya ləğv etmək istəyirsinizsə airtickets® sizin sifarişinizi heç bir ödəniş tələb etmədən dəyişdirəcək və ya ləğv edəcək. Uçuş biletiniz və ya qəbz təqdim olunmuşsa, airtickets® sizin sifarişinizi təchizatçının tələblərinə uyğun olaraq dəyişdirməli və ya ləğv etməlidir. Ödənişlər bütün səyahət agentlikləri tərəfindən tətbiq olunanlar ilə eynidir və ləğvetmə vaxtından asılıdır.  airtickets® xidmət ödənişləri aşağıdakı kimidir:

Gediş haqqının dəyişdirilməsi (yerli və ya beynəlxalq): 35 avro/bilet
Gediş haqqının ləğv edilməsi (yerli və ya beynəlxalq): 35 avro/bilet

Ləğvetmə zamanı xidmət üçün ödənilən komissiya xərci geri qaytarılmır. Təchizatçının məsuliyyətinə daxil olan ləğvetmə zamanı airtickets®  tərəfindən heç bir əlavə ödəniş tələb olunmur.

Hava yolu şirkəti tərəfindən geri qaytarılma proseduru 30-50 gün vaxt tələb edə bilər.


Öhdəliklər ilə bağlı İstisnalar

airtickets® təchizatçı tərəfindən təqdim olunan xidmətlər və ya məhsulların mövcud olmaması,  təchizatçı tərəfindən icra olunan nöqsanlar, səhvlər və ya imtina halları, təchizatçı tərəfindən təqdim olunan xidmətlərin nəticəsi olaraq əmlaka dəymiş zərər və ya digər itki halları, birbaşa nəzarətimiz altında olmayan gecikmə, təxirəsalma, həddindən artıq sifariş, zəlzələ, fors major halları, digər internet səhifələrin məxfilik siyasətləri və xidmətlərin təmin edilməsi ilə bağlı hər bir təchizatçı tərəfindən təqdim olunan və çap olunan məlumatlar ilə bağlı airtickets® heç bir məsuliyyət daşımır.


İstifadəçilərin Öhdəlikləri

Tətbiqi proqramdan istifadə etmək üçün yaşınız 18-dən yuxarı olmalı və azyaşlılar tərəfindən internet səhifənin istifadəsi ilə bağlı məsuliyyəti öz üzərinizə götürməlisiniz. Siz internet səhifədən qanunvericilik və bizim müddəa və şərtlərə uyğun olaraq istifadə etməlisiniz. Tətbiqi proqramdan sui-istifadə və ya gəlir əldə etmək məqsədilə və ya xidmətlərin təmin olunmasına zərərin dəyməsi ilə nəticələnəcək hər hansı istifadə qadağandır. Bu internet səhifədən istifadə zamanı hər hansı qeyri-qanuni fəaliyyət təqdim olunan xidmətlərdən istifadədən təcrid olunmağınız ilə nəticələnəcək.

Müəllif hüquqları

Bu internet səhifədə təqdim olunan məlumatlar airtickets®-in müstəsna mülkiyyətinə daxildir. Bu internet səhifənin həqiqi təchizatçısı ilə bağlı hər hansı nüsxəçıxarma, paylaşdırma, yenidən istehsal, emal, satış və ya ictimaiyyətin aldadılması qəti qadağandır.

Sosial Töhfə

Qeyri-kommersiya təşkilatları, fondlar və ya digər klubların dəstəklənməsi üçün airtickets® sizə müəyyən məbləğin bağışlanması üçün şərait yarada bilər. Nominal məbləğ hər zaman airtickets®  və müvafiq fond/müəssisə/klub arasında müəyyən olunur və ümumi xidmət qiymətinə əlavə olunur. airtickets® sizə ianə ilə bağlı elektron təsdiq göndərəcək. Nominal məbləğ ianə vermək istədikdə airtickets® sizin şəxsi məlumatlarınızın (adınız və e-poçt) müvafiq fond/müəssisə/ kluba təqdim olunacağı və təqdim edəcəyiniz ianə ilə bağlı informasiya veriləcəyi ilə bağlı sizi məlumatlandırır və şəxsi məlumatlarınızın (adınız və e-poçt) digər məqsədlər üçün istifadə olunmayacağını bildirir. Nominal məbləğ ianə etmək istədikdə siz şəxsi məlumatlarınızın (adınız və e-poçt) müvafiq fond/müəssisə/klublara təqdim olunması ilə bağlı razılığınızı bildirmiş olursunuz. Yekun olaraq, biletinizin ləğv edilməsi zamanı nominal məbləğin geri qaytarılmaması ilə bağlı airtickets® sizi məlumatlandırır.

Ümumi Şərt və Müddəalara Düzəliş - Yenilənmə

airtickets® bu internet səhifədən istifadə ilə bağlı yuxarıdakı Şərt və Müddəaların dəyişdirilməsi və ya yenilənməsi hüququna malikdir və heç bir halda İstifadəçiyə məlumat vermək öhdəliyinə malik deyil.